Gilan Turizm haqqında

XÜLASƏ

Şirkətin əsas fəaliyyət istiqaməti Azərbaycanda turizm sənayesinin inkişafına təkan verməkdir. Bu bölmə, hazırda beynəlxalq standartlara cavab verən, həm ekonomik, həm də yüksək komfortlu istirahət təklif edən bir sıra otel, spa kompleksi, turizm agentliklərinin idarəsini həyata keçirir. Qeyd etmək lazımdır ki, "Gilan Turizm" Bakının mərkəzində yerləşən, çoxçeşidli daşınmaz əmlak layihələrinə malik "Badamdar" Otel Kompleksini və "Crescent" Otel Kompleksini tikmək üçün Kempinski Qrupla əməkdaşlıq etmişdir.

Gİlan Turizm - Zəngİnlİk və İstİrahət Bİrlİkdə

2005-ci ildə "Gilan Holdinq" tərəfindən əsası qoyulmuş "Gilan Turizm" Azərbaycanda turizm infrastrukturunun yaxşılaşdırılması, həmçinin ölkədə səyahət və turizm sahəsində bilik bazasının genişləndirməsi məqsədilə tərtib olunmuş yüksək səviyyəli təlim proqramlarına əhəmiyyətli dərəcədə sərmayə qoymuşdur. Bir turizm agentliyi və bir neçə otel kompleksini özündə birləşdirən "Gilan Turizm" aşağıdakı xidmətləri təklif edir:

  • Tamxidmətli turzim agentliyi
  • Biznes səyahəti xidmətləri
  • Otelin qabaqcadan sifariş edilməsi (beynəlxalq)
  • Yerli və beynəlxalq uçuşların təşkili
  • Avtomobillərin icarəsi
  • Bələdçilik və tərcümə xidmətləri
  • Viza xidmətləri
  • VIP paketləri
  • Şəxsi və qrup ekskursiya paketləri

"Gilan Turizm" eyni zamanda, bir sıra səyahət sərgiləri, konfranslar, simpoziumlar, milli və beynəlxalq toplantılar və turizm sahəsinə həsr olunmuş təlim proqramları təşkil edir.