Gilan Agrotech haqqında

XÜLASƏ

Qəbələdə yerləşən "Gilan Aqrotek" xidmətinin məqsədi yerli fermer və sahibkarlara əkinə yararlı sahə və maldarlığın artırılması üzrə birgə istifadə oluna bilən regional mühitdə kapitallaşmağa imkan yaratmaqdır.

Xidmətə hal-hazırda 36 traktor və Belarusda istehsal olunan yüksək keyfiyyətli təsərrüfat avadanlıqlarının hissələri daxildir. Xidmətə əkinə yararlı sahələr və maldarlıq sektorlarında aqrotexnika sahələri üzrə təlim kursları daxil edilmişdir. Regiona geniş, 104 hektar sahəni əhatə edən fındıq sahəsi daxildir. Aqrotek konsepsiyaları alma, armud, albalı, şaftalı və ərik ağaclarına da tətbiq edilmişdir. Müəyyən edilən və irriqasiya sistemi bərpa olunan sahələrdə digər meyvə ağacları da becərilir. Xidmət üzrə 1088 hektar sahədə buğda, 123 hektar sahədə arpa, 60 hektar sahədə isə qarğıdalı əkilmişdir.

Sahələr

  • Meyvə ağacları/Fındıq – 104ha;
  • Buğda istehsalı – 1088ha;
  • Arpa istehsalı – 123ha;
  • Qarğıdalı istehsalı – 60ha;
  • Yonca istehsalı – 90ha;
  • Saman istehsalı – 259ha.