Beltmann Piano zavodu haqqında

XÜLASƏ

2008-ci ildə qurulmağa başlayan "Gilan Beltman" Pianino fabriki 1901-ci ildə Hollandiyada əsası qoyulan Beltman Pianino şirkətinin irsini davam etdirir. Beltman pianino istehsalı Beltman ailəsinin üç nəsli tərəfindən davam etdirilmişdir. Hal-hazırda isə istehsal Johan Beltmanın nəvəsi Hans Leferink tərəfindən xarici ölkələrdə davam etdirilir.

2008-ci ildən bu günə kimi şirkət şagirdlərə "Beltman" əl əməyi ilə istehsal metodunu öyrətmək üçün təlim və inkişaf proqramı həyata keçirmişdir. "Beltman" metodu bir pianinoda 14000 hissənin bir araya gətirilməsi məqsədilə ənənəvi sənətkarlıq metodlarını əhatə edir. Bu proses 60 gün ərzində pianinonun hazır olmasına imkan yaradan gizli "Beltman dizayn" və hovuz sistemini istifadə etməklə həyata keçirilir. "Gilan Beltman" pianino fabriki bu sistemi istifadə edən yeganə istehsalçıdır.

Şirkət materialların satışı prosesində ciddi seçim həyata keçirir. Taxta materialı ağacların keyfiyyətinə təsir edən iqlim şəraitinə malik Almaniyanın kəndlərindən, Çex Respublikası və Avstriyadan əldə edilir. Pianino simləri və zərblər əl ilə hazırlanır, toksiklərdən təmizlənmiş təbii məhsullar istehsal prosesinin hər mərhələsində polyestrlə örtülərək tamamlama prosesində istifadə olunur.

"Gilan Beltmann" Pianino fabrikinə 330 nəfərlik tutumu olan, ölkədə pianino təlimi və inkişafını təmin edən pianino akademiyasının təsis edilməsi planlaşdırılan konsert zalı daxildir. "Gilan Beltmann" Pianino fabrikinin Almaniyada, Rusiyanın Moskva şəhərində filialları vardır və tezliklə Bakı şəhərində də açılacaqdır.

Beltmann pİanİnoları

  • 10 il zəmanətli.
  • Bərk Səs təmizləyici sistemi.
  • Standart və ya sifarişli dizayn.
  • Renner® action - Almaniya
  • Bərk ladın səs sistemi – Avstriya;
  • Röslau Polad/simlər – Almaniya;
  • Renner® hammerheads (çəkic başlıqlar) – Almaniya;
  • dehonit® Pinblock (kökləmə) – Almaniya;
  • Klinke nizamlama nöqtələr– Almaniya;
  • Degen mis – Almaniya;
  • Bass – Almaniya;
  • Örtüksüz – Fransa, Türkiyə, İndoneziya;
  • Laklı – İsveçrə, Türkiyə;
  • Hainsworth Felt – İngiltərə;
  • Çərçivələr – Azərbaycan;

YARANMA TARİXİ

  • Əsası 1901-ci ildə Hollandiya, Deventerdə Johan Beltmann (1879-1964) tərəfindən qoyulmuşdur.
  • 1918-ci ildə Boele Jan Beltmann (1901-1990) atasının fabrikində işə başlamışdır.
  • 1922-ci ilə kimi il ərzində 120 avadanlıq 21 işçi tərəfindən istehsal edilmişdir.
  • 1939-1949 illər ərzində II Dünya müharibəsi səbəbindən istehsal dayandırılmışdır; bu çətin günlərdə fabrik yalnız pianinolar üzrə xidmətlər həyata keçirmiş və onların təmiri ilə məşğul olmuşdur.
  • 1949-cu ildə Beltmann pianinoları istehsala yenidən başladı; 1950-ci ilə kimi istehsal 32 işçi ilə birlikdə 190 musiqi alətinə çatdı.
  • Növbəti 20 il ərzində işçi qüvvəsinin yarısı alətlərin bərpasına, yarısı isə pianino istehsalına yönəldilmişdir. 1967-ci ildə Boele Jan Beltmannın nəvəsi Hans Leferink şirkətdə işə başlamışdır.
  • Cənab Leferink fabriki təhvil aldı və 1983-cü ildə Berdux və Beltman fabriklərinin birləşdirildiyi Almaniyanın cənub sahəsinə köçürdü. 1983-cü ildən sonra bu fabrik 10000-dən çox musiqi aləti istehsal etmişdir.
  • İstehsal 2002-ci ildə dayandırıldı. Həmin ildən sonra Hans Leferink Dizayner/baş mütəxəssis və xarici ekspert kimi
  • Almaniya pianino fabrikinə dəvət olundu və 2008-ci ilə kimi orada qaldı.
  • 2008-ci ilin fevralında Hans yeni pianino fabrikinin dizaynına başladı. Eyni ilin oktyabr ayında Azərbaycanın Qəbələ regionunda "Gilan Beltman" Pianino fabrikinin tikintisinə başlanıldı.
  • 2009-cu ilin sentyabrında üç royal və bir pianino ilə istehsal prosesi başladı.