Qəbələ Tikinti Materialları Zavodu haqqında

XÜLASƏ

Qəbələ Tikinti Materialları Zavodu sement tərkibli kimyəvi inşaat materialları istehsal edir. Müxtəlif toz növləri istehsal etmək üçün iki istehsal prosesindən istifadə olunur; bu proseslər özündə bir və beş kq yığma həcmi olan iki qablaşdırma xəttini birləşdirir. Zavod ildə 30000 ton toz istehsal edir.

MƏHSUL VƏ XİDMƏTLƏR

Estetik və Konstruksiya Əsaslı Kərpiclər Qəbələ tikinti Materialları Zavoduna, eyni zamanda, 2006-ci ildə fəaliyyətə başlamış müasir kərpic zavodu da daxildir. Rusiyanın Rostov Dövlət Mülki Mühəndislik Universitetinin mütəxəssislərinin təlimatına əsasən quraşdırılan zavod 65×125×250mm ölçüdə sıxılmış kərpic istehsal edir. Həmin müssisə Qafqazda qoruyucu divar kərpicləri istehsal edən yeganə zavoddur. İstehsal olunan kərpiclər binaların və sobaların fasadlarının tikilməsində istifadə olunur. 2007-ci ildə arakəsməli kərpic istehsal edən zavodun fəaliyyətə başlaması ilə məhsul çeşidi artmışdır

  • Əsası qoyulmuşdur: 2005
  • Sahəsi: 14.5ha
  • Yerləşdiyi ərazi: Qəbələ rayonu, Dəmiraparan çayı hövzəsi
  • Zavodun tipi: Ugur-90 + (x2) CD-109
  • 1 saatlıq istehsal həcmi: 90m³ + (x2) 30m³
  • Ümumi təsnifatlar: 5-10, 10-15 və 15-20 fraksiyalar
  • İllik istehsal həcmi: 15m (arakəsməli kərpic: 5m)